Banco.az | Tezliklə

"Anglo-Asian Mining" Azərbaycanda qızıl və gümüş hasilatını azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əlvan metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 52 198 unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azdır.

Azərbaycanca

Birinci kursdan qovulan tələbə “Uber”in rəqibini yaratdı

Markus Villinq 19 yaşında olarkən Estoniyanın Tartu Universitetindən qovulur. Birinci kursdan qovulan bu gənc 25 yaşına qədər Avropada “Uber”in rəqibini yaratmışdı. Şirkətin dəyəri 1 milyard dollar qiymətləndirilir. Markus Estoniyada bir milyardlıq şirkət təsis etmiş ən gənc biznesmendir. 

Azərbaycanca

"TuranBank"ın səhmdarlarının pay bölgüsü dəyişib

"Turan Bank" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. 

Bu, Bankın nizamnamə kapitalının 4 998 840 manat və yaxud 7,7% artırılaraq 65 005 478 manatdan 70 004 318 manata çatdırılmasından sonra baş verib. 

Azərbaycanca

Varlanmağın ən asan olduğu ölkələr hansılardır?

Bərabərliyə dəyər verilən cəmiyyətlərdə çox kasıb və çox varlı insanlar olmur.  Məsələn, skandinaviyalı zəngin insanların çoxu verdiyi müsahibələrdə təxmini eyni sözləri deyir:

Azərbaycanca

McKinsey: "Dünyadakı banklarının yarıdan çoxu böhrana qarşı həssasdır"

Dünyadakı bankların yarıdan çoxu qlobal iqtisadi daralmaya və böhrana qarşı həssasdır. 

Bu barədə ABŞ-ın "McKinsey" konsaltinq şirkətinin hazırladığı "Qlobal bankçılığın auditi hesabatı"ında ("Global Banking Annual Review 2019") bildirilir. 

Azərbaycanca

SOCAR-ın bu il AÇG-dən qəbul etdiyi qazın həcmi 14% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a 1,56 mlrd. kubmetr qaz verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% azdır.

Bunu Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə deyib.

Azərbaycanca

Azərbaycanda 9 ayda ictimai iaşə dövriyyəsi 1 milyard manatı ötüb

Yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,4 faiz artaraq 1 milyard 100,1 milyon manat olub.

Azərbaycanca

Səkkiz ayda ixrac və idxal edilən məhsulların həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında ixrac və idxal edilən məhsulların həcmi açıqlanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 8 ayda təzə meyvə ixracı 23,5 faiz, şəkər 1,6 dəfə, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 37 faiz, çay 9,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 47,7 faiz, pambıq lifi 1,6 dəfə, pambıq ipliyi 43,7 faiz, emal olunmamış alüminium 15,2 faiz, qara metallardan yarımfabrikatlar 10,4 faiz, bentonit gili 13,3 faiz artıb.

Azərbaycanca

9 ayda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6 milyard 273,8 milyon manat təşkil edib

Bu ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 273,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin vəsaitin 2 milyard 966,5 milyon manatı heyvandarlıq, 3 milyard 307,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Azərbaycanca

Azərbaycanda otelçilik sahəsinin gəlirləri artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz çoxdur. Dövlət Statistika Komitəsindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1743,9 min olub. Bu da ümumi gecələmələrin 65,4 faizini təşkil edir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »