ABŞ-ın qlobal "fast-food" şəbəkəsi McDonald's üçüncü rüb maliyyə göstəricilərini açıqlayıb. Şirkətin ABŞ-da satışları analitik proqnozlardan aşağı qalıb.
Şirkətin ABŞ-da üçüncü rüb satışları 4.8 faiz artıb. Proqnoz 5.2 faiz artım olacağı istiqamətində idi. Satışlar ötən ilin üçüncü rübündə 2.4 faiz artım qeyd etmişdi.
