“Son illər Azərbaycanda bərpa olunan mənbələr üzrə elektrik enerjisinin maya dəyəri 22-25% azalıb”.
Bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.
“Son illər Azərbaycanda bərpa olunan mənbələr üzrə elektrik enerjisinin maya dəyəri 22-25% azalıb”.
Bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.
İsveç Mərkəzi Bankı repo faizində dəyişikliyə getməyərək mənfi 0.25 faiz səviyyəsində sabit saxlayıb.
Marja
PAŞA Həyat "Tövsiyə et, hədiyyə qazan!" kampaniyasına yenidən start verdi.
"Həyatın Yaşam Sığortası" məhsulunu dostlarınıza tövsiyə edərək kampaniyadan yararlana bilərsiniz.
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank II “Bakı Elektron Ticarət Forumu”nun (BEF-2019) platin sponsoru qismində çıxış etdi.
“Xalq” Bank 2019-cu ilin 9 ayını 24 milyon 52 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 560 min manat və ya 36.52% çoxdur.
Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrin iqtisadiyyatlarının cari vəziyyəti, maliyyə, biznes və investisiya sferalarında müşahidə olunan trendlərin ətraflı analiz olunduğu növbəti hesabatını açıqlayıb. Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatlar yüksək qiymətləndirilib.
Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq yeni vergi qanunu layihəsinə görə, yüksək gəliri olan şəxslərdən daha çox vergi alınacaq.
Enerji Xartiyası Katibliyi Avropa İttifaqı və dünyanın ən yaxşı təcrübələrinə uyğun olaraq enerji səmərəliliyi ilə bağlı müvafiq qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək göstərir. Bunu Enerji Xartiyasının Baş katibi Urban Rusnak Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib: "Ötən il "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsi tamamlandı.
Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan ötən ildə olduğu kimi bu il də 20 ən islahatçı ölkələrin sırasında yer alıb.Bu barədə açıqlama verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib: “Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı edib. Bildirilib ki, ötən ilin iyul ayından indiyə kimi Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql edilib.