Banco.az | Tezliklə

Azərbaycanda bank filiallarının sayı artıb

2019-cu ilin 9 ayı ərzində Azərbaycanda bank filiallarının sayı 7 filial artıb.

30 sentyabr 2019-cu il tarixində, Azərbaycanda fəaliyyət göstərən 30 bank 515 filiala, 129 şöbəyə sahib olublar. Bu say müvafiq olaraq ötən ilin sonunda 508 və 130, Avqust ayının sonunda isə 514 və 129 idi.

Azərbaycanca

“GünayBank”ın son maliyyə vəziyyəti açıqlandı

“GünayBank” ASC 2019-cu ilin 9 ayını  (yanvar-sentyabr) 1 milyon 11 min manat xalis mənfəət ilə başa vurub.  Ötən ilin eyni dövründə “GünayBank”ın xalis mənfəəti 279 min manat və ya 21,6% azalıb. 2018-ci ilin 9 ayında Bankın xalis mənfəəti 1 milyon 290 min manat təşkil etmişdi.

Azərbaycanca

Əməkhaqqından gəlir vergisinin tutulması və sosial sığortanın hesablanması qaydaları

1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əməkhaqqı məbləğindən gəlir vergisi tutulmur.

Azərbaycanca

“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio-2020-də iştirak edəcək

“Unibank”ın dəstək verdiyi paralimpiya komandasının üzvləri gələn ilin yayında Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər.

Azərbaycanca

Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayıb

Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz nisbətlərində dəyişikliyə getmədi. 

Depozit faizi mənfi 0.5%-də, pul siyasəti faizi 0%-də, gecəlik maliyyələşmə faizi 0.25%-də saxlanılıb.

Azərbaycanca

Həyata keçirilən islahatlar insanlarda ruh yüksəkliyi yaradıb

"Vergilərin ödənilməsi hər bir şəxs üçün həm şərəf, həm də vətəndaşlıq borcudur". Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev ölkədə aparılan vergi islahatlarına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, vergilərin ödənilməsi hər bir vətəndaşın əsas vəzifəsidir: "Biz hamımız başa düşməliyik ki, vergilərin ödənilməsi büdcənin inkişafına xidmət edir.

Azərbaycanca

Azərbaycan enerji effektivliyinə görə ildə 315 milyon dollara qənaət edə bilər

Enerji sektorunda enerji effektivliyinin artırılması tədbirlərinin tətbiqi ilə Azərbaycan potensial olaraq ildə 1,99 milyard kubmetr qaza qənaət edə bilər.

Bunu Bakıda Beynəlxalq Enerji Xartiyasının enerji effektivliyi üzrə kordinatoru Aleksandro Antonenko bildirib.

Azərbaycanca

Azərbaycanda bərpaolunan enerji üzrə 420 MVt-lik stansiyalar tikiləcək

Azərbaycan 2020-ci ilin yazında alternativ enerji sahəsində 8 ərazi üzrə hərrac elan edəcək. Bunu Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hərraclar Azərbaycanın 8 coğrafi məkanında 5 külək və 3 günəş enerjisi stansiyalarının quraşdırılması layihələri üzrə elan ediləcək.

Azərbaycanca

Əhalinin gəlirləri artsa da, müddətli depozitlər çox artmır

30 Sentyabr 2019-cu il tarixində Fiziki şəxslərin banklardakı depozitləri 8 milyard 491 milyon 300 min manat təşkil edib. Bu il əhalinin gəlirlərinin artdığı bildirilsə də, banklarda müddətli depozitləri artmayıb.

Azərbaycanca

“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 3,2 milyard manatlıq vaxtı keçmiş borc geri qaytarılıb"

İndiyə qədər “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 9 600-dən çox problemli aktiv qəbul edib.

Bunu jurnalistlərə açıqlamasında BOKT-nin İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »