Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 16 milyard 871,2 milyon manat, xərcləri 16 milyard 690,6 milyon manat olub, 180,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 9 ayda dövlət büdcəsinin mədaxili ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz və yaxud 780,6 milyon manat çoxalıb.
Doqquz ayda qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artıb