İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.
1 nazirlik və 1 komitə ləğv edildi - 2 DÖVLƏT XİDMƏTİ YARADILDI
İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.
Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Fərman imzalayıb.
"Dünyada arpa bazarı normal vəziyyətə qayıdır. Belə ki, dünyada arpa istehsalı iləbil 10 faiz artır".
Bnu bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda Böyük Britaniyanın kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış "AgriCensus" saytının baş direktoru Tomas Holton bildirib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 16 871,2 mln. manat, məxarici isə 16 690,6 mln. manat olub, 180,6 mln. manat məbləğində büdcə qalığı yaranıb.
Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Sərəncama əsasən, Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.
Bu gün Prezident İlham Əliyev "M.Ç.Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 42,5 milyard ABŞ dollarına yaxınlaşıb. Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") üzvləri ilə görüşdə məlumat verib: "ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirilib.
2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, ölkədə iqtisadi artım təmin edilib. Bu dövr ərzində qeyri-neft sektorunda 3 faiz, kənd təsərrüfatında 7 faiz, ümumilikdə qeyri-neft sənayesində isə 15 faizdən çox artım qeydə alınıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir.
Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizov deyib.
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.
Gürcüstan Milli Bankı uçot dərəcəsini 1 faiz bəndi artıraraq 7,5%-dən 8,5%-ə qaldırıb.
Bu barədə bankın Monetar siyasət departamenti qərar qəbul edib.