Banco.az insanların daha çox aktiv olduğu sosial şəbəkədə - facebookda əhalinin banklara inamı ilə bağlı sorğu keçirib.
Əhali banklara pulunu etibar edirmi?- SORĞU
Banco.az insanların daha çox aktiv olduğu sosial şəbəkədə - facebookda əhalinin banklara inamı ilə bağlı sorğu keçirib.
Əmək və Əhalinin Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin məşğulluq problemlərinin həlli istiqamətində bir sıra layihələr hazırlayıb. Məşğulluq haqqında qanunda və Əmək Məcəlləsində əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xüsusi normalar mövcuddur. Burada əlillərin işə düzəlməsi ilə bağlı kvotalar müəyyən edilib.
Bu ilin noyabrın 1-nə Azərbaycanda banklardan kənarda nağd pul kütləsi (M0 aqreqatı) 8 693,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu rəqəm oktyabrın 1-i ilə müqayisədə 115,1 mln. manat və ya 1,3 faiz çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1.571,1 mln. manat və yaxud 22 faiz artım qeydə alınıb.
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) iqtisadiyyata nə qədər kredit ayırdığı məlum olub.
Noyabrn 1-nə olan məlumata görə, BOKT-lar tərəfindən 370,9 milyon manat kredit verilib. Bu məbləğ ötən ayla müqayisədə eynidir. Lakin ilin əvvəli ilə müqayisədə isə 27,20 milyon manat və ya 7,91% çoxdur.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə dekabrın 1-nə 27 min 677 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 375,7 milyon manatdan çoxdur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Almaniyada 1 yanvar 2020-ci il tarixindən etibarən işsizlik müavinəti, sosial yardım, minimum əmək haqqı artacaq. Parkinq cərimələri və aviabiletlərin qiyməti qalxacaq, qatar biletlərinin qiyməti isə, düşəcək.
2020-ci ildə Almaniyada bir çox yeniliklər olacaq. Onlardan bəzilərini təqdim edirik:
Kapadokiyanın məşhur hava şarları turistlərə təkrarsız anlar yaşatmaqla yanaşı, sahiblərinə və Türkiyə turizminə də böyük gəlir gətirir.
Zəhmətlə qurulmuş karyeranı məhv etmək düşündüyünüzdən çox asandır. Bir PR mütəxəssisi yersiz bir tvitlə, bir çox uğurlu “Sony” işçisi şəxsi yazışmalarındakı kiçik bir sızma ilə iş yerlərini itirib. Atlantada bir polis “Facebook”da işinə dair məxfi məlumatı (mülki geyimdə işləyəcəyi saatları) paylaşdıqdan sonra işdən qovulub.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində Moskva şəhərinin büdcəsinə mənfəət vergisi hesabına 668,4 milyard rubl vəsait daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.