Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzi tikiləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Avalon-12” MMC ilə müqavilə imzalayıb.
Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzi tikiləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Avalon-12” MMC ilə müqavilə imzalayıb.
Prezidentin Sərəncamı ilə, Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Prezidentin digər bir sərəncamı ilə, Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Ödənilməli olan vəsait düzgün hesablanmadığı hallarda və ya kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Mövzunu Vergilər Nazirliyi yanında Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir.
Dörd fel var ki, yeni bir iş axtararkən CV-yə zəruri olan təkanı verə bilər. Ümumiyyətlə, CV yazarkən əsas tövsiyə utancaq olmamaqdır. Heç nəyi şişirtmək və ya kiçiltmək də lazım deyil. Cəsarətli olun və qazandığınız və edə biləcəyiniz şeyləri vurğulayın.
Dünyanın məşhur youtuberlərinin hər 1 milyon izlənməyə görə orta hesabla nə qədər qazandığı məlum olub.
Gəlirləri müxtəlif olan youtuberlər bu dəyişikliyin səbəbini izləyicilərin davranışı və reklamverənlərin növləri ilə əlaqələndiriblər.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
04.12.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Türkiyənin “Koton Mağazacılık Tekstil Sanayi Ve Ticaret” A.Ş.-nin Azərbaycandakı törəmə şirkəti olan “Koton Mağazacılık” MMC (Koton Azərbaycan) ləğv olunur.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Həmin gün dövlətimizin başçısı İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Xaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ dolları daxil olur.
Prezident İlham Əliyev "Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.