Keçmiş “Azərneftyağ” zavodunun ərazisi “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.
Bu barədə SOCAR-dan bildirilib.
Keçmiş “Azərneftyağ” zavodunun ərazisi “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.
Bu barədə SOCAR-dan bildirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir.
Sərgi çərçivəsində SmartCell üz tanıma texnologiyası nümayiş olunur.
Azərbaycanda orta aylıq nominal əməkhaqlarının ən çox kimlərin hesabına artdığı məlum olub.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 59,40 manat və ya 10,91% çoxdur.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı işgüzar görüşü keçirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkənin iqtisadi əməkdaşlığından danışıb, bu sahədə özəl sektorun rolunu qeyd ediblər.
2020-ci ildə dünya bazarında xam neftin orta qiymətinin (Brent, WTI, Dubai) 2019-cu ilin proqnozu ilə (60 dollar/barel) müqayisədə azalaraq 58 dollar/barel olacağı gözlənilir.
Bu barədə Dünya Bankının hesabatında qeyd edilib.
Milli Məclisdə qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər.
"Google Photos" foto xidmətinə çat funksiyası əlavə edilib. İndi sözügedən xidmətdə şəkilləri başqa istifadəçiyə və ya insanlar qrupuna göndərməklə yanaşı, həmçinin onlarla ünsiyyət saxlamaq mümkündür.
Şəxsi inkişafa nail olmaq və xoşbəxtliyə çatmaq üçün əvvəla özümüzü tanımağımız və nə istədiyimizi bilməyimiz hər zaman vacibdir. Bu məqamda öz istək və hədəflərimizə görə yola çıxmalı, özümüzü düzgün qiymətləndirməliyik. Lakin, bu yolda düzgün hesab etdiyimiz yanlış suallarla hədəflədiyimiz nöqtəyə çatmağı bəzən çətinləşdirə bilirik.
Starbucks Çindən Kanadaya qədər 65 ölkədə 21 mindən çox mağazası olan məşhur kofe restoranları şəbəkəsidir. Dünyanın müxtəlif yerlərindəki bu restoranlara gedib kofe sifariş verən çox insanın başına gələn oxşar hadisə isə stəkanın üzərinə adlarının səhv yazılmasıdır.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulmuşdur.