Banco.az | Tezliklə

Quraşdırmayanlara 6 min manatdək sanksiya tətbiq ediləcək

Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya tətbiq etməkdən imtina edilməsi hallarına görə 2020-ci il yanvarın 1-dən maliyyə sanksiyalarının tətbiq olunacağı nəzərdə tutulub.

Azərbaycanca

Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib. 

Xarici mətbuat xəbər verir ki, bu ölkə 1 milyard dollarlıq səhm almaq niyyətindədir. 

Azərbaycanca

Balıqçılıq biznesi ilə məşğul olan sahibkarlara xəbərdarlıq edildi

Məlum olduğu kimi, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır.

Azərbaycanca

PAŞA Bankdan müştərilərə pulsuz POS–terminal!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərinin ehtiyaclarını nəzərə alaraq, innovativ, sadə və rahat istifadəçi interfeysinə malik onlayn funksionallıqlarını istifadəyə verməkdə davam edir. Bu həllərdən biri də günümüzdə ən böyük tələbatın olduğu POS–terminallardır.

Azərbaycanca

"Ölkəmizdən Azərbaycana səfər edən turistlərin sayı 100 min nəfərə çatıb"

Bu gün Bakıda "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları"na dair tədbir işə başlayıb. Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: "Azərbaycanda bir sıra Səudiyyə Ərəbistanı kapitallı şirkətlər var.

Azərbaycanca

Serbiya 2023-cü ildən Azərbaycan təbii qazını almağı planlaşdırır

Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı nəzərdə tutur. Bu barədə Serbiyanın Enerji naziri Aleksandr Antik Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşü zamanı deyib. O bildirib ki, Bolqarıstandan keçərək Serbiyanı Cənub Qaz Dəhlizinə birləşdirəcək hissənin 2022-ci ildə tamamlanması gözlənilir. Nazir Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropada enerjinin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb.

Azərbaycanca

Bu şəhərə gələn turistlərdən vergi tutulacaq

Ölkənin paytaxtı Buenos-Ayres şəhərinə gəlmək istəyən bütün turistlər bu şəhərdə keçirdikləri hər gecə üçün bundan sonra 1,5 dollar məbləğində vergi ödəməli olacaqlar. Bu təklifi irəli sürən hökumətin əsas məqsədi "Visit Buenos Aires" adlı müəssisə yaradıb, onu maliyyələşdirməkdir. Bu müəssisə açıq cəmiyyət olacaq və beynəlxalq turizmin inkişaf etdirilməsinə məsuliyyət daşıyacaq.

Azərbaycanca

Hollandiyada sökülüb-yığıla bilən ekoloji təmiz ofis inşa edildi - FOTO

Hollandiyada “Triodos Bank” qrupunun yeni ofisi ekoloji dayanıqlılığın bütün prinsiplərinə uyğun olaraq inşa edildi. Əsas material olaraq ağacdan istifadə edilib, tikinti üçün 165 mindən çox vint lazım olub. Bina gələcəkdə söküləcəyi təqdirdə başqa bir yerdə yenidən yığıla bilər. Yaxud da materiallardan istifadə edilərək tamamilə yeni bir şey ərsəyə gətirilə də bilər.

Azərbaycanca

Türkiyədə inflyasiya yenidən ikirəqəmli səviyyəyə yüksəlib

Türkiyədə istehlakçı qiymətləri indeksi (inflyasiya) Noyabrda illik müqayisədə 8.55%-dən 10.56%-ə yüksəlib, aylıq müqayisədə isə 0.38% artıb.

Beləliklə ölkədə illik inflyasiya yenidən ikirəqəmli səviyyəyə yüksəlib. 

Azərbaycanca

ABŞ-dan Fransaya cavab - MƏHSULLARINA VERGİ TƏTBİQ EDİR

ABŞ, Fransanın Google, Apple Inc., Facebook Inc. və Amazon.com Inc. kimi ABŞ-ın böyük texnologiya şirkətlərinə tətbiq etdiyi virtual xidmət vergisinə cavab olaraq 2.4 milyard dollarlıq Fransa məhsullarına gömrük tərifi tətbiq edəcəyini açıqlayıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »