MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını iki nominasiya üzrə mükafatlandırıb. Azərbaycan Beynəlxalq Bankı Debit MasterCard kartlarının sayını ən çox artıran 1-ci bank mükafatına layiq görülüb. Bank Platinum kartlarının sayını ən çox artıran bank nominasiyası üzrə də lider olub. JW Marriott Absheron otelində keçirilən mərasimdə mükafatlar bank nümayəndələrinə təqdim olunub.
MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi