Banco.az | Tezliklə

Gürcüstan istehlak etdiyi təbii qazın 95 faizini Azərbaycandan alır

Cari ildə Gürcüstanın daxili tələbatını ödəmək üçün təxminən 2,6 milyard kubmetr təbii qaz alınacaq. Bu həcmin 95 faizi Azərbaycanın payına düşür. Bununla da deyə bilərik ki, Azərbaycan ölkəmizin əsas təbii qaz tədarükçüsü olaraq qalır.

Azərbaycanca

Bu rayona 8 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Azərbaycanca

Azərbaycanda külək enerjisi istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1.772,0 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faizlik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,9 faiz artaraq 298,4 mln. manat təşkil edib.

Azərbaycanca

Bankda karyera qurmaq istəyən və attestasiya hazırlaşan şəxslərə şad xəbər!

Bank inzibatçısı Ramal Əhmədov bank işinə aid  bütün sahələri əhatə edən tədris tipli testlər toplusunu və cavab kartını hazırlayıb.

Ramal Əhmədov bildirib ki, testlər toplusunu cavab kartı ilə birlikdə elektron kitab şəkilində ödənişsiz əldə etmək mümkündür:

Azərbaycanca

Azərbaycan qadınların iqtisadiyyatda iştirakına görə dünyada üçüncüdür

Azərbaycan qadınların iqtisadiyyatda iştirakı və iqtisadi imkanları üzrə 2018-ci ilin yekunlarına görə dünya ölkələrinin ilk üçlüyünə daxil olub. Bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda gender qiymətləndirilməsi üzrə hesabatına istinadən xəbər verilir.

Azərbaycanca

“Gələn yaya qədər aviareyslərin sayını həftədə 3-4-ə çatdıra biləcəyik”

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu yaxınlarda Həştərxan nümayəndə heyətinin Azərbaycana işgüzar səfərinin nəticələrinə həsr edilmiş yekun mətbuat konfransı keçirib.

Bu haqda Həştərxan vilayətinin qubernatoru administrasiyasının mətbuat xidməti və informasiya idarəsinə məlumat verir.

Azərbaycanca

Azərbaycan xaricə yardımlar üçün 22 milyon manat ayırdı

Azərbaycanın 2020-ci il dövlət büdcəsi xərclərində xarici yardımlar üçün 22 milyon manat vəsait nəzərdə tutulub.

Bu barədə gələn ilin dövlət büdcəsinin göstəricilərindən məlum olur.

Azərbaycanca

Bu ölkədə avtomobillərə görə yeni vergi tətbiq ediləcək

Litva Seymi ölkədə ətraf mühiti çirkləndirən avtomobillərə görə vergi ödənilməsi haqqında yeni qanun qəbul edib. Qanuna əsasən, bu ilin iyulundan etibarən ölkədə ətraf mühiti çirkləndirən hər bir avtomobilə görə vergi ödəniləcək. Parlamentdə səsverməyə çıxarılan qanun layihəsinin lehinə 72, əleyhinə isə 53 deputat səs verib, 4 nəfər isə bitərəf qalıb.

Azərbaycanca

Azərbaycanın xarici kreditlər üzrə faiz ödənişi 15% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici kreditlərdən istifadəyə görə 331,9 mln. ABŞ dolları məbləğində faiz ödənişi həyata keçirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin ilk doqquz ayı üzrə Tədiyə Balansının əsas göstəricilərinə istinadən xəbər verilir.

Azərbaycanca

“Bu il rekord həddə - 294 min ton pambıq yığılıb”

“Respublika üzrə pambıq yığımı başa çatıb, bu il rekord həddə - 294 min ton pambıq yığılıb, məhsuldarlıq orta hesabla hər hektardan 29,4 sentner təşkil edib”.

Bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »