Uzun fasilədən sonra artıq üçüncü nəhəng beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı! Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb. İmzalanma mərasimində Avropa İttifaqı (Aİ) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) nümayəndələri də iştirak ediblər.
AYİB Azərbaycan bazarına Bank Respublika ilə qayıtdı!