Banco.az | Tezliklə

Ət istehsalı və idxalı artıb

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 429,9 min ton, süd istehsalı 1,8 faiz artaraq 1 milyon 751,4 min ton, yumurta istehsalı 8,1 faiz artaraq 1 milyard 531,7 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olmuşdur.

Azərbaycanca

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib

20 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103376S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Azərbaycanca

Aksiz vergisi üzrə daxilolmalar 23 faiz artıb

2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 65,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, göstərilən dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manat olub.

Azərbaycanca

Xiaomi-nin yeni fitness-qolbağı məlum oldu

Təqdimat noyabrın 21-də keçiriləcək

Xiaomi şirkəti bu günlərdə sosial şəbəkələrdə yeni bir fitness-qolbağının reklamına başlayıb, lakin qolbaq barəsində ətraflı məlumat verməyib. 

Azərbaycanca

Tədqiqatçılar milyarderlərin 3 əsas xüsusiyyətini açıqladı 

Business Insider yazır ki, “UBS” və “PWC”nin tədqiqatçıları milyarderlərin risk etməyə meylllilik, konsentrasiya və qətiyyət ilə fərqləndiyini bildirib. Bu cəhətlər “milyarder effektinə” gətirib çıxarır: Milyarderlərin şirkətləri digərlərindən 2 dəfə çox qazanır. “UBS” və “PWC”nin açıqlamasına görə, milyarderlərin şirkətlərinin gəlirləri 2003-2018-ci illər aralığında 17,8% artım göstərib. Həmin müddət ərzində digər şirkətlər isə gəlirlərini cəmi 9,1% artıra bilib.

Azərbaycanca

Uşaq əmanəti təklif edən banklar

Məlumdur ki, banklar müxtəlif şərtlərlə əmanətlər təklif edir. Bu əmanətlərdən biri də uşaq əmanətidir. Hər bir əmanət sonda sahibinə əlavə faiz qazandırsa da, bu növ əmanət digər əmanətlərdən fərqlənir. Digər növ əmanətlər hesab şəxsin özünə məxsus olur. Ancaq bu əmanətdə hesab 3-cü şəxsin hesabına aşılır. Daha aydın desək, əmanət hesabı valideyn və ya qəyyum tərəfindən övladın adına açılır.

Azərbaycanca

Türkiyənin ən böyük vergi ödəyiciləri açıqlandı

Türkiyə Gəlir İdarəsi Nazirliyi 2018-ci ildə ölkənin ən böyük 100 vergi ödəyicisini açıqlayıb.

Siyahıda il kiki ödəyici adının açıqlanmasını istəməyib, üçüncü yeri isə 54 milyon 169 bin 334 lirə ödənişlə Mustafa Rahmi Koç tutub.

Azərbaycanca

Gəlirdən çıxılan və çıxılmayan xərclər

Vergi Məcəlləsinin 10-cu fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. "BSC konsalting" şirkətinin maliyyə direktoru Arzu Xəlilova gəlirdən çıxılmasına məhdudiyyət qoyulmuş xərclər haqqında şərh verib.

Azərbaycanca

Vergitutma məqsədləri üçün xərcin aid olduğu dövrün müəyyən edilməsi

Daimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır?

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »