Nazirlər Kabineti İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfini təsdiq edib.
Eyni xəstəxanaya və eyni həkimə təkrar müraciətə məhdudiyyət qoyulur
Nazirlər Kabineti İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfini təsdiq edib.
Daşınmaz əmlak bazarı iqtisadiyyatın daha çevik və dinamik sahələrindən biridir. Bu dinamiklik günü-gündən tikilən binaların sayının artmasına gətirib çıxarır. Yaşayış binalarının sayının daim artmasına baxmayaraq, istər təkrar mənzil bazarında, istərsə də ilkin mənzil bazarında qiymətlər artmaqdadır. Binalardakı evlərin qiyməti isə onun keyfiyyətinə,yerləşdikləri məkana və s. digər xüsusiyyətlərinə uyğun olaraq dəyişir.
14 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya və möhkəmləndirə bilək. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.
Təxminən 10 gün əvvəl - 2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib.
Təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik.
Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.
Məlumatda bildirilir ki, 13.01.2020-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunmuşdur.
VTB (Azərbaycan) nağd pul krediti üzrə şərtlərini yeniləyib. Bank krediti endirilmiş faiz dərəcəsi – illik 18% ilə təklif edir. Bundan başqa, maliyyələşmənin müddətidə uzadılıb. İndi müştərilər maliyyə imkanlarınauyğun olaraq kredit üçün 6 aydan 48 ayadək müraciət edə bilər. Kreditin məbləği 300 manatdan 10 000 manatadək təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
2019-cu ilərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinəümumilikdə 3809 müraciət daxil olub. Onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.