Aprelin sonunadək İqtisadiyyat Nazirliyi dövlətin kredit zəmanəti proqramını istifadəyə verəcək.
Bunu, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Aprelin sonunadək İqtisadiyyat Nazirliyi dövlətin kredit zəmanəti proqramını istifadəyə verəcək.
Bunu, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Rəsmi Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırır.
Bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 1,08% artaraq 1 barelə görə 29,92 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin 2,04% artaraq 20,52 dollar təşkil edib.
“İqtisadiyyat Nazirliyi yeni gəlirlər mənbəyi axtarmalıdır. Bir daha demək istəyirəm ki, ehtiyatlar var və bilirəm, bu istiqamətdə iş gedir. Bunu uzatmaq lazım deyil. Hesab edirəm ki, qısa müddət ərzində yeni təkliflər hazırlanıb mənə təqdim edilməlidir”.
Karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır. Ona görə müvafiq göstərişlər verilmişdir. Çünki bildiyiniz kimi, bəzi insanlar mövsümi işlərlə bağlı bir rayondan başqa rayona getməli olurlar. Ona görə indi ki, şəhərlərarası nəqliyyat dayandırıldı, bu məsələ ayrıca müzakirə edilməlidir və bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində karantin rejimi bizə problem yaratmasın və insanların gediş-gəlişi təmin edilsin.
“Böhran dövründə bank sektorunun fəaliyyəti xüsusi önəm daşıyır. Ona görə bankların sağlamlaşdırılması və bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi töhfənin düzgün qiymətləndirilməsi çox vacibdir. Hesab edirəm ki, vurğuladığınız məsələlər tam düzgün təhlil əsasında qeyd olunur. Əlbəttə ki, biz makroiqtisadi vəziyyətimizi qorumalıyıq, sabit saxlamalıyıq. Koronavirusun ilk aylarının təcrübəsi onu göstərir ki, biz buna müvəffəq olmuşuq”.
“Bütün ali və orta ixtisas təhsil müəssisələrində təhsil xərclərinin ödənilməsi istiqamətində məsul şəxslər müəyyən ediləcək. Müvafiq məktublar imzalanaraq bütün təhsil müəssisələrinə yönləndirilib və qısa müddət ərzində tələbələrdən müraciətlər toplanacaq”.
Bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Hədəf” verilişində deyib.
"Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir".
Bunu, Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur”.
Azərbaycanda sahibkarlara dəstək proqramının ilkin nəticələri açıqlanıb.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə məlumat verib.