Unibank biznes sahibləri üçün onlayn xidmətlərini genişləndirir. Biznes müştərilərinin işini asanlaşdırmağı, onlara banka gəlmədən, elə işlərinin başında xidmət göstərməyi hədəfləyən Unibank, hüquqi şəxs olan sahibkarlar üçün də onlayn bank hesabı açmaq xidmətini istifadəyə verib. Bir neçə ay əvvəl fərdi sahibkarlara təqdim olunan bu xidmət, artıq hüquqi şəxs olan biznes sahiblərinə də əlçatandır.
Unibank hüquqi şəxslərə də onlayn hesab açmaq imkanı yaratdı