Banco.az | Tezliklə

EnterpriseAzerbaijan.com və Microsoft Layihə idarəetməsi mövzusunda təlim keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində EnterpriseAzerbaijan portalı və Microsoft şirkətinin birgə təşkilatçılığı ilə Layihə idarəetmə sistemləri mövzusunda təlim keçirilib. Microsoft şirkətinin mütəxəssisi Marko Zaysın apardığı təlimdə əsasən layihə idarəetmə sistemləri,  layihə idarəetməsindəki yeni trendlər, hökumət layihələri portfelinin idarə edilməsində layihə idarəetmə sistemləri mövzularından danışılıb.

Azərbaycanca

İşçilərin sayını və maaşını gizlədənlər ciddi məsuliyyət daşıyır

Vergilər Nazirliyi "Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya"nı yeni redaksiyada təsdiq edib. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir.

Azərbaycanca

PAŞA Bank Mastercard kart istifadəçiləri Lexus UX və iPhone XS qazanma şansını əldə etdilər

PAŞA Bank Mastercard kart istifadəçiləri ilin sonuna qədər Bravo mağazalar şəbəkəsində ödəniş etməklə Lexus UX və ya iPhone XS qazanma şansını əldə edirlər.  

Azərbaycanca

LinkedIn optimist ölkələrin adlarını açıqlayıb

İşgüzar əlaqələr qurmaq üçün faydalı olan LinkedIn sosial şəbəkəsi bütün dünya üzrə işçilərin peşəkar problemlərini və perspektivlərini əks etdirən beynəlxalq karyera imkanları indeksini tərtib edib. İnkişaf etməkdə olan Asiya ölkələri reytinqə başçılıq edir.

Azərbaycanca

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə mental arifmetika üzrə olimpiada keçirilib

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə CASPİAN CUP 2020 mental arifmetika üzrə beynəlxalq olimpiada keçirilib. Tədbirin təşkilatçısı qismində International school of mental arithmetic ISMA BAKU çıxış edib.

Azərbaycanca

Rabitəbankdan sevgililər gününə özəl təklif!

Rabitəbank sevgililər gününə özəl iki kampaniyaya start verir.

Belə ki, bankın nağd pul məhsul faizinə tam 14% endirim tətbiq olunur. Müştərilər 15000 manatadək, 36 ay müddətinə, zaminsiz 10000 manat olmaqla nağd pul kreditinə sahib ola biləcəklər. Kampaniya 12, 13, 14 fevral tarixinədək keçərlidir.

Azərbaycanca

Ödənişləri indi üzüklə də aparmaq olar

Fevralın 12-də Bakıda keçirilən “Visa Cashless Forum”da Azərbaycan Beynəlxalq Bankı ölkəmiz üçün bir ilk olan növbəti innovativ yeniliyini müştərilərinə təqdim edib. Bu, Ring Pay ödəniş üzükləridir. Belə ki, artıq nağdsız ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də təmassız qaydada həyata keçirmək olar.  

Azərbaycanca

Azərbaycanın investisiya cəlbediciliyi artıb

Avropa Palatası (“EuCham”) “2020-ci ildə biznes üçün ən yaxşı Avropa ölkələri” adlı araşdırma hazırlayıb.

Sənəddə investisiya cəlbediciliyinə görə ölkələrin reytinqi tərtib olunub.

Azərbaycanca

"Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə - iki dəfə artıb"

"Qlobal ödənişlər üzrə gəlirlərin artımı 2017-ci ildə 11 faiz, 2018-ci ildə 6 faiz olmaqla dünyadakı iqtisadi artım tempini əhəmiyyətli şəkildə üstələyir. “Worldpay” hesabatına əsasən 2022-ci ilə qədər dünyada e-commerc-in həcmi 140 online ödəmə sistemindən istifadə etməklə 4,6 trilyon dolları keçəcək.

Azərbaycanca

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,2% artıb

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2% üstələyərək 3,1 milyard manata bərabər olub. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »