"Alphabet"in gəlirləri iyul-sentyabr aylarında artıb | Banco.az

"Alphabet"in gəlirləri iyul-sentyabr aylarında artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya şirkəti “Alphabet”in gəlirləri iyul-sentyabr aylarında artıb.

Banco.az xəbər verir ki, şirkət 2025-ci ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

Məlumata görə, “Alphabet”in gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 102,3 milyard dollara çatıb. Şirkət 2024-cü ilin üçüncü rübündə 88,3 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də ötən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 35 milyard dollara yüksəlib. Keçən ilin üçüncü rübündə bu rəqəm 26,3 milyard dollar idi.

Bundan əlavə, hər səhm üzrə mənfəət ötən ilin üçüncü rübündəki 2,12 dollardan bu ilin eyni dövründə 2,87 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram