Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal qızıl tələbi bu ilin üçüncü rübündə 3% artaraq 1313 ton səviyyəsinə çatıb və indiyədək qeydə alınan ən yüksək rüblük göstərici olub.
Banco.az xəbər verir ki, Dünya Qızıl Şurasının (WGC) hesabatına görə, bu artım əsasən investisiya tələbinin güclənməsi ilə əlaqədardır.
Qızıl investisiyalarına tələbat 537 tona yüksəlib. Bu artımı geosiyasi qeyri-müəyyənliklər və dolların zəifləməsi dəstəkləyib.
Mərkəzi banklar da qızıl alışını artıraraq 220 ton net qızıl alıblar – bu, əvvəlki rüblə müqayisədə 28%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10% artım deməkdir. 9 ayda ümumi alış 634 ton təşkil edib.
Digər tərəfdən, zərgərlik məqsədli qızıl tələbi illik müqayisədə 19% azalıb.
Ümumilikdə, qlobal qızıl təklifi də illik əsasda 3% artaraq 1313 ton olub və bu da rüblük rekord səviyyə sayılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
