İKT sahəsində 10 yeni milli standart təsdiqlənəcək | Banco.az

İKT sahəsində 10 yeni milli standart təsdiqlənəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti iclası keçirilib.

Bu barədə  AZSTAND-dan bildirilib.

    Məlumata görə, iclasda AZSTAND-la yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyları Sənayesi Assosiasiyasi və “AzInTelecom” MMC-nin nümayəndələri iştirak ediblər.

    İclas zamanı 2025-ci il üzrə sözügedən Texniki Komitənin Fəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesab edilən 10 milli standart layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edilib.