Banco.az | Tezliklə

Yelo Bank dedi və etdi: hər müştəri üçün bir ağac!

Yelo Bank "Yaşıl əmanət" kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası təşkil etdi. Yelo komandası, AzInTelecom şirkətinin heyəti və media nümayəndələrinin qatıldığı aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində yaşıllıq zonası üçün ayrılmış ərazidə 1500-dən çox ağac əkildi. Qeyd edək ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə baş tutub.

Azərbaycanca

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 73,49 ABŞ dolları təşkil edib.

Azərbaycanca

Bu ölkədə təhlükəsizlik vergisi tətbiq ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniya parlamenti 2028-ci ilə qədər qüvvədə olacaq təhlükəsizlik vergisinin tətbiqi barədə qərar qəbul edib.

Banco.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Azərbaycanca

Hindistanda inflyasiya 5,5%-ə qədər azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Hindistanda istehlak qiymətlərinin artımı noyabrda oktyabr ayı ilə müqayisədə yavaşlayıb.

Banco.az xəbər verir ki, noyabrda inflyasiya oktyabrda olan 6,21% ilə müqayisədə illik ifadədə 5,48% təşkil edib.

Azərbaycanca

ABŞ Ukraynaya təxminən 300 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün 74,7 milyon dollar, Ukraynanın nəqliyyat infrastrukturunu bərpa etmək üçün isə 223 milyon dollardan çox vəsait ayırmaq qərarına gəlib.

Azərbaycanca

Rəsmi valyuta məzənnələri - 13.12.2024

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2024-cü il dekabrın 13-nə ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

1 EUR - 1.7789 manat   

Azərbaycanca

Rusiyanın xarici ticarət kəsiri 7,1 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın xarici ticarət kəsiri ilin 11 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb.

Azərbaycanca

Avropa Mərkəzi Bankı ilin dördüncü faiz endirimini həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) bazar proqnozlarına uyğun olaraq ilin dördüncü faiz endirimini edib.

Azərbaycanca

Azərbaycandakı bütün xəstəxanalarda onlayn növbə sistemi təşkil ediləcək

“Artıq Bakı və regionlardakı bəzi xəstəxanalarda onlayn növbə sistemi təşkil edilib”.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Qısa müddətdə bütün ölkə üzrə xəstəxanalarda onlayn növbə sistəmi təşkil ediləcək”, – deyə o qeyd edib.

Azərbaycanca

ADY sədri: Orta Dəhliz üzrə yükdaşımaları 100 % yaşıl enerji ilə təmin ediləcək

Orta Dəhliz üzrə yükdaşımaları 100 % yaşıl enerji ilə təmin ediləcək.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »