Müəllif: Gülnar Əhmədli, Banco.az
Sea Breeze son illərdə Azərbaycanda ən çox maraq göstərilən yaşayış və istirahət layihələrindən birinə çevrilib. Layihənin genişlənməsi ilə burada satışa çıxarılan mənzillərin sayı və qiymət aralığı da əhəmiyyətli dərəcədə artıb. Mənzilin yerləşdiyi bina, sahəsi, təmir vəziyyəti və dənizə yaxınlığı qiymətə birbaşa təsir edən əsas amillərdir.
Hazırda Sea Breeze-də mənzil almaq üçün nə qədər büdcə tələb olunur?
Banco.az-ın araşdırmasına görə, tikintisi davam edən layihələr üzrə 1 kvadrat metr üçün minimal qiymət 1,700 dollardır və bu qiymət Park Residences 3, 4 və 5 layihələrindədir. Burada mənzillər təmirsiz olaraq təhvil veriləcək. Ən bahalı layihə isə 1 kvadrat metrinin qiyməti 7 500 dollar olan Caspian Dream Liner-dir. Mənzillər 2029-cu ildə təmirli və mebelli təhvil veriləcək.
Digər layihələr haqqında daha ətraflı məlumat infoqrafikdə qeyd edilib:
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
