“Unibank”ın Əjdaha lotereyasının 4-cü tirajının qalibləri Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilib. Daha 252 nəfər “Unibank”dan müxtəlif hədiyyələr, pul mükafatlarının qalibi olub. “Əjdaha” lotereyanın 4-cü tirajının qaliblərindən 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
Unibankın “Əjdaha” lotereyasının dördüncü tirajının qalibləri seçilib