Bu il Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illiyini qeyd edir. ABA ölkəmizdə bank sektorunun inkişafı, banklar arasında səmərəli əməkdaşlıq mühitinin təşkilində mühüm rol oynayır. Assosiasiyanın üzv banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər sırasına sektorun inkişafına dəstək olacaq məsələlərin müzakirəsi və bu istiqamətdə vahid mövqenin formalaşdırılmasını aid etmək olar.
ABA 35 illiyini qeyd edir