İsrailin Dohada Həmas rəhbərliyinə hücumu və Trampın Rusiya neftinə qarşı sanksiyaları artıra biləcəyi ilə bağlı iddialar neftin qiymətini yüksəldib.
Banco.az xəbər verir ki, "Brent" markalı neftin fyuçersləri 0,53 faiz (35 sent) artaraq barreli 66,74 dollara, ABŞ xam nefti isə 0,57 faiz (36 sent) artaraq 62,99 dollara çatıb.
