2025-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 660 min 182 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidməti xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 7,0 faiz artıb.
