Banco.az | Tezliklə

Almaniyada korporativ iflasların sayı I yarımillikdə 12,2% artıb

Müəllif - Fərid İslamov  -  Banco.az

Almaniya məhkəmələrində 2025-ci ilin birinci yarımilliyində korporativ iflas işlərinin sayı ötən ilin eyni dövrünə nisbətən 12,2% artaraq 12 009-ə çatıb, Almaniya Federal Statistika İdarəsinin yekun məlumatlarına əsasən.

Eyni zamanda, kreditor tələblərinin həcmi 32,4 milyard avrodan təxminən 28,2 milyard avroya azalıb.

Fiziki şəxslərin iflaslarının sayı isə 7,5% artaraq 38 016-ya yüksəlib.

Azərbaycanca

OpenAI Oracle-dan 300 milyard dollarlıq hesablama gücü alacaq

Müəllif - Fərid İslamov - Banco.az

 ABŞ-ın OpenAI, ChatGPT chatbotunun yaradıcısı, Oracle Corp. ilə beş il ərzində 300 milyard dollar dəyərində hesablama gücü alışı barədə müqavilə imzalayıb, The Wall Street Journal məlumat verir.

Bu bulud xidmətləri sahəsində ən böyük müqavilələrdən biri hesab olunur və süni intellekt şirkətlərinin data mərkəzi xərclərinin rekordlar qırmağa davam etdiyini göstərir. Müqaviləyə görə, OpenAI hazırkı gəlirlərindən xeyli böyük öhdəlik götürür.

Azərbaycanca

Finlandiya on il ərzində müdafiə texnikasına 6 milyard avro xərcləyəcək

Müəllif - Fərid İslamov - Banco.az

Finlandiya 2026–2036-cı illər ərzində müdafiə texnikasının alınmasına 6 milyard avro xərcləməyi planlaşdırır, – Yle xəbər verir.

Finlandiyanın Müdafiə Nazirliyinin müdafiə siyasəti departamentinin direktoru Janne Kuusela bildirib:
"Biz Finlandiyanın müdafiə qabiliyyətini bütün əməliyyat mühitlərində – quruda, dənizdə, havada, kiber və kosmos sahələrində inkişaf etdiririk."

Azərbaycanca

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

10 sentyabr 2025-ci il tarixində dövlət bankı Azər Turk Bank ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında 8,5 milyon manat məbləğində Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi üçün kredit sazişi imzalanmışdır.

Azərbaycanca

Yaxın 15 ildə Azərbaycanda 26 su anbarının tikintisi tamamlanacaq

Azərbaycanda 2025-2027-ci illərdə 4, 2027-2030-cu illərdə 9, 2030-2040-cı illərdə 13 su anbarının tikintisinin tamamlanması nəzərdə tutulub.

Banco.az xəbər verir ki, bu barədə Bakı Su Həftəsində bildirilib.

    Məlumata görə, Azərbaycanda 149 su anbarı var, onların ümumi su tutumu 23577 milyon kubmetr təşkil edir.

    Azərbaycanca

    Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

    Maliyyə savadlılığı mövzusu Bank of Baku-nun daimi diqqət mərkəzindədir və bank fərqli kommunikasiya kanalları vasitəsilə ardıcıl maarifləndirmə işləri aparır.

    9 sentyabr tarixində isə Bank of Baku tərəfindən yaşlı nəslin nümayəndələri üçün “Maliyyə savadlılığı hər yaşda önəmlidir" adlı təlim təşkil olunub.

    Azərbaycanca

    Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 0,2% azalıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11374,5 milyon manat məbləğində investisiya yönəldilib.

    Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

      Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% azdır.

      Azərbaycanca

      Azərbaycanın qeyri neft-qaz iqtisadiyyatna investisiya qoyuluşu 8 % artıb

      Bu ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində investisiya yönəldilib.

      Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.

      Azərbaycanca

      Bu il Azərbaycanda iqtisadi artım 1%-ə bərabər olub

      Bu ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

      Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Başqa sözlə, bu dövrdə ölkə iqtisadi artım 1 % təşkil edib.

      Azərbaycanca

      Orta aylıq əməkhaqqı 1098 manatı ötüb

      2025-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768,4 min nəfər olub, onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

      Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

      Azərbaycanca

      Səhifələr

      « first ‹ previous … last »