Böyük Britaniyanın baş naziri ölkələri qida istehsalını artırmağa çağırıb | Banco.az

Böyük Britaniyanın baş naziri ölkələri qida istehsalını artırmağa çağırıb

Müəllif - Aida İsaq, Banco.az

Böyük Britaniyanın baş naziri Rişi Sunak "G20" sammiti ərəfəsində dünya ölkələrini qida istehsalını artırmağa çağırıb.

Banco.az xəbər verir ki, nazir Ukraynadakı müharibənin dünya ölkələrinin üzləşdiyi problemləri daha da gücləndirdiyini bildirib. Onun sözlərinə görə, "G20" ölkələrinin üçdə ikisində inflyasiya 7 faizdən yuxarıdır. Siyasətçi ilk növbədə qarşıdan gələn qışda köməyə daha çox ehtiyacı olan ölkələrə dəstək olmağa da diqqət çəkib. O, həmçinin Rusiyanı ərzaqları silaha çevirməkdə günahlandırıb.

“Mən BMT-nin baş katibinin Qara dənizdən taxıl tədarükünü təmin etməyə davam etməsini dəstəkləyirəm. Daha çox ərzaq istehsal etmək gücündə olan bütün ölkələri tədarüklərin artırılmasına kömək etməyə çağırıram”.

R. Sunak həmçinin ölkələri Rusiyadan enerji asılılığına son qoymağa səsləyərək Rusiyaya qarşı tənqidçi mövqeyində olacağını bildirib. Onun sözlərinə görə "G20" sammiti əvvəlkilərdən daha fərqli olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et