Bu avtomobil markası Rusiyada fəaliyyətini dayandırdı | Banco.az

Bu avtomobil markası Rusiyada fəaliyyətini dayandırdı

Müəllif - Aida İsaq, Banco.az

Yapon avtomobil istehsalçısı "Mazda" Rusiya bazarını tərk edib.

Banco.az xəbər verir ki, şirkət Vladivostokda yerləşən birgə müəssisədəki payını "Sollers Auto PJSC"yə satıb. Bu barədə cari maliyyə ilinin ikinci rübünün yekunlarına dair dərc olunmuş hesabatda məlumat verilir. Müvafiq saziş oktyabrın 24-də imzalanıb. Əməliyyat məbləği 1 avro təşkil edib. "Mazda"nın Rusiya bazarını tərk etməsi şirkətə 82 milyon dollar ziyana başa gəlib.

Məlumata görə biznesin ötürülməsi ilə bağlı danışıqların davam etməsinə baxmayaraq, şirkətin Rusiyada fəaliyyətini bərpa etməsi gözlənilmir. Avtomobil brendi 2022-ci ilin martında Vladivostokdakı zavoda ehtiyat hissələrinin tədarükünü məhdudlaşdırıb. Aprelin sonundan etibarən isə müəssisənin istehsalı dayandırılıb. Şirkətin bu qərarı Rusiya-Ukrayna arasında baş verən əməliyyatlar və tədarükün qarşısını alan Qərb sanksiyalarının tətbiqi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Rusiyada Yaponiyanın "Honda", "Toyota", "Nissan2 kimi iri avtomobil markaları artıq istehsalı dayandırıblar. "Isuzu" brendi də eyni addımı atmaq barədə düşünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et