Azərbaycan Fintex Assosiasiyasının (Azfina) üzvləri və Beynəlxalq Maliyyə Korporasiyası arasında görüş keçirilib | Banco.az

Azərbaycan Fintex Assosiasiyasının (Azfina) üzvləri və Beynəlxalq Maliyyə Korporasiyası arasında görüş keçirilib

Beynəlxalq Maliyyə Korporasiyasının proqram meneceri Zarina Odinaevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Fintex Assosiasiyasının üzvləri ilə  görüşündə növbəti ildə birgə əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

Görüş çərçivəsində fintex ekosistemi sahəsində normativ hüquqi bazanın və tənzimləyici çərçivənin formalaşdırılması, mövcud infrastrukturun inkişafı və giriş imkanlarının təkmilləşdirilməsi, habelə innovativ həlləri təqdim etmək üçün bank olmayan ödəniş xidməti təchizatçılarının imkanlarının artırılması mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə ölkədə fəaliyyət göstərən fintex təşkilatların qarşılaşdıqları çətinliklər və onların potensial həll yolları ətraflı müzakirə edilərək ekosistemdə yaranacaq yeni potensial imkanlara toxunulmuşdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram