İpoteka krediti verən banklar | Banco.az

İpoteka krediti verən banklar

İpoteka krediti həm bankların öz vəsaiti hesabına, həm də İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir. Bankların öz hesabına verdiyi kreditlərdə faiz dərəcələri Fondun verdiyi kreditə nisbətdə yüksək olur. Bu növ kredit, yalnız Azərbaycan Respublikasının vətəndaşına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına görə verilir. Fondun vəsaiti hesabına verilən bu kredit həm adi formada, həm də güzəştli şəkildə vətəndaşlara təqdim olunur. Güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85%-dən çox, kreditlər üzrə ödəniləcək aylıq məbləğ isə borcalanın aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır.  İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır. (BAX: Əmlakımızı niyə, necə və neçəyə sığorta etdirək?)  İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır. 

Onu da qeyd etmək lazımdır ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir. 

Aşağıdakı cədvəldə Fondun vəsaiti hesabına kredit verən bankları sizə təqdim edirik.

Qeyd olunan şərtlər (faizlər, müddət və məbləğ) bankların ümumi məlumatlarıdır. Bu şərtlər əmlakın bazar dəyərindən, kredit götürənin aylıq gəlirindən və s. asılı olaraq dəyişə bilər.

 

Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditinin məbləği isə kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən çox olmamalıdır. Yuxarıdakı cədvəldə qeyd olunan banklardan güzəştli şərtlərlə ipoteka krediti əldə etmək olar. Bu zaman kreditin məbləği 100000 AZN-dək, kredit faizləri isə 4%-dən başlayır. Bəs bu güzəştli ipoteka kreditlərdən kimlər faydalana bilər? Gənc ailə üzvü olamaqla yanaşı, eyni zamanda - şəhid ailəsinin üzvləri; Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və ya Milli Qəhrəmanı; məcburi köçkün və ya ona bərabər tutulan şəxslər; ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçənlər; ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində işləyən müəllimlər; fəlsəfə doktoru elmi dərəcəsi olan; idman sahəsində xüsusi xidmətləri olan şəxslər güzəştli ipoteka krediti əldə edə bilər. Bundan əlavə, aşağıdakı siyahıya daxil olan şəxslər də güzəştli kreditdən yararlana bilər:

Ən sərfəli kredit üçün müraciət et

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

  • Ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;

  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.

Onu da qeyd edək ki, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Adi ipotekada isə bir şəxs bu imkandan 2 dəfə istifadə edə bilər.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram