Kapital Bank-ın depozit portfeli 10 milyard manatı ötüb | Banco.az

Kapital Bank-ın depozit portfeli 10 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kapital Bank-ın depozit portfeli 30 sentyabr 2026-ci il tarixinə 10 milyard 305 milyon 802 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 634 milyon 941 min manat və ya 18,9% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 4 milyard 95 milyon 139 min manat, hüquqi şəxslərin depozitləri isə 6 milyard 210 milyon 723 min manat təşkil edib. 

İllik müqayisədə fiziki şəxslərin depozitləri 1 milyard 2 milyon 591 min manat (32,4%), hüquqi şəxslərin depozitləri isə 632 milyon 350 min manat (11,3%) artıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram