Tamara Mustafayeva, Banco.az
Yeni günə 9.60 səviyyəsində başlayan məzənnədə inflyasiya göstəricilərinin açıqlanmasından sonra dalğalı hərəkət dinamikası müşahidə edilməkdədir.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyədə oktyabr ayı üzrə inflyasiya göstəricilərinin açıqlanması ilə dollar əvvəlcə 9.67 lirə, daha sonra geriləyərək 9.64 lirə olub, günorta saatlarında isə kəskin yüksəlişlə 9.77-ə çatıb.
Hazırda Dollar/TL məzənnəsi 9.68 səviyyəsində ticarət edilir.
Qeyd edək ki, ölkədə oktyabr ayı üzrə illik inflyasiya 19,89% qeydə alınıb ki, proqnozlar 20%-i işarə edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!