Bakıda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən 10 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) eyni vaxtda ləğv olunduğunu elan edib.
Banco.az xəbər verir ki, həmin şirkətlər və kreditorların 2 ay ərzində tələblərini bildirməli olduğu rəsmi ünvanlar aşağıdakılardır:
“Bakı 1 №-li Yol İstismarı” MMC — Binəqədi rayonu, Natəvan küçəsi, ev 19.
“Bakı 5 №-li Yol İstismarı” MMC — Sumqayıt şossesi-2.
“Bakı 6 №-li Yol İstismarı” MMC — Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesi 15.
“Bakı 7 №-li Yol İstismarı” MMC — Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 15 küçəsi, ev 26.
“Bakı 8 №-li Yol İstismarı” MMC — Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu 100.
“Bakı 9 №-li Yol İstismarı” MMC — Pirallahı rayonu, Səməd Vurğun küçəsi, döngə 2, ev 1.
“Bakı 10 №-li Yol İstismarı” MMC — Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu.
“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC — Suraxanı rayonu, Samir Əliyev küçəsi.
“17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC — Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, 2025-ci məhəllə.
“18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC — Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, ev 58.
