Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın satışları gözləntiləri xeyli üstələyib.
Banco.az xəbər verir ki, şirkət ikinci rübdə dünya üzrə ümumilikdə 480 min 126 avtomobil təhvil verdiyini açıqlayıb. Açıqlanan satış göstəricisi “Bloomberg”in 396 min 466 avtomillik orta proqnozunu əhəmiyyətli dərəcədə üstələyib.
“Tesla”nın “Model 3” və “Model Y” avtomobillərinin satışları illik müqayisədə 25 faiz artaraq 467 min 762 ədədə çatıb. Digər modellər üzrə təhvil verilən avtomobillərin sayı isə rüblük müqayisədə 23 faiz azalaraq 12 min 364 ədəd təşkil edib.
Şirkətin istehsalı “Model 3” və “Model Y” avtomobilləri üzrə illik müqayisədə 10 faiz artaraq 451 min 758 ədədə yüksəlib. Digər modellər üzrə istehsal isə rüblük müqayisədə 36 faiz azalaraq 8 min 822 ədədə enib.
Təhvil verilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Bu artım “Tesla”nın baş icraçı direktoru İlon Maskın Donald Tramp administrasiyası üçün həyata keçirdiyi və ictimaiyyətdə fikir ayrılığına səbəb olan fəaliyyətlərinə görə istehlakçıların geniş etirazları ilə üzləşdiyi bir dövrdə baş verib.
Bizi sosial şəbəkələrdən izləyin!!
