Bu ilin yanvar-may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 144,8 mln. manat təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4% azalıb.
Cari ilin may ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 32,6 mln. manatlıq əməliyyat aparıblar ki, bu da aprel ayı ilə müqayisədə 15,2% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!