Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) üzbəüz təlimlərini bərpa etdi | Banco.az

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) üzbəüz təlimlərini bərpa etdi

Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumu kimi 20 ildir fəaliyyətini davam etdirən Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) pandemiya səbəbindən 2020-ci ilin aprelindən etibarən tətbiq edilən sərt karantin dövründə də öz fəaliyyətini uğurla davam etdirmiş və bütün xidmətlərini aprel ayından onlayn formada təqdim etməyə başlamışdır.

2020-ci ilin aprel-avqust ayları ərzində ABTC onlayn formada:

  • 18 mövzuda 24 təlim keçmiş və bu təlimlərdə 466 dinləyici iştirak etmişdir;
  • 5 təşkilata  65 adam gün məsləhət vermişdir;
  • 5 təşkilatın əməkdaşlarını psixrometrik və peşə qiymətləndirməsindən keçirmişdir;
  • 4314 respondent arasında sorğu keçirmiş və təhlil etmişdir.

ABTC Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq, 01 sentyabrdan etibarən xidmətlərini həm onlayn, həm də üzbəüz davam etdirir.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram