2020-ci ilin ƏN İNNOVATİV ŞİRKƏTLƏRİ AÇIQLANDI | Banco.az

2020-ci ilin ƏN İNNOVATİV ŞİRKƏTLƏRİ AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Boston Consulting Group (BCG) təşkilatının apardığı araşdırma 2020-ci ilin ən innovativ 50 şirkətini müəyyən edib. 

Sözügedən araşdırma zamanı şirkətlər dörd amilə görə dəyərləndirilir: Qlobal İstehlakçı İnamı, Sənayedə Yaş Dəyərləndirilməsi, Sənaye Deqradasiyası və Dəyər Yaratma.

Banco.az xarici mətbuata istinadla bildirir ki, BCG araşdırmasına görə, Apple, Alphabet, Amazon, Microsoft və Samsung 2020-ci ilin ən innovativ şirkətləri siyahısının ilk beşliyində qərarlaşıblar. 

Xatırladaq ki, BCG tərəfindən hər il həyata keçirilən bu araşdırmanın nəticəsində tərtib edilən siyahıda sadəcə 8 şirkət - Alphabet, Amazon, Apple, HP, IBM, Microsoft, Samsung və Toyota müntəzəm olaraq yer alır. 

Ən innovativ 50 şirkət

Siyahının ən sürətli yüksəlişinə imza atan şirkət Çinin texnologiya nəhəngi Huawei olub. Belə ki, keçən ilki siyahının 48-ci pilləsində qərarlaşan şirkət bu il 6-cı sıraya yüksəlib. Bu yüksəlişin əsas səbəbi şirkətin 2019-cu ildə Ar-Ge texnologiyası üzrə həyata keçirdiyi 19 milyard dollarlıq yatırımdır. Belə yatırımlar böyük əhəmiyyət kəsb edir, çünki Huawei ötən il Apple firmasından daha çox smartfon satışı reallaşdırıb. 

Ən sərfəli kredit üçün müraciət et

Digər bir yüksəliş isə ABŞ-ın transmilli pərakəndə şirkəti Walmart-a aiddir. Şirkət 42-ci pillədən 13-cü pilləyə yüksəlib. Walmart e-ticarət və çox kanallı təqdimat istiqamətində əsaslı addımlar atır. Məsələn, 2020-ci ildə "NextDay Delivery" adlı innovasiya proqramına başlayan şirkət ABŞ əhalisinin böyük hissəsinə gündəlik təslimat xidməti həyata keçirir. Şirkət həmçinin Çinin e-ticarət platforması JD.com-da 5%-dən 12%-ə yüksələn səhmlərə sahibdir.

Həmçinin oxu: Tramp Çinli texnologiya şirkətlərinə təzyiqi gücləndirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram