Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Kanadadan idxala tətbiq olunan 50 faizlik gömrük rüsumlarının əhatə dairəsini dəyişir.
Banco.az xəbər verir ki, ABŞ administrasiyası Kanadadan idxal edilən bəzi məhsullara tətbiq olunan 50 faizlik əlavə gömrük rüsumlarının əhatə dairəsini oktyabrın 30-dan etibarən dəyişəcək. Yeni qaydalara əsasən bəzi maşın və kağız məhsulları rüsumlardan azad ediləcək, müəyyən növ klapanlar və xalçalar isə rüsum tətbiq edilən məhsullar sırasına daxil ediləcək.
Ağ Evin yaydığı məlumatda ABŞ Prezidenti Donald Trampın Kanada mənşəli bəzi məhsulların idxalını qadağan edən və müəyyən mallara tətbiq olunan gömrük rüsumlarının əhatə dairəsini dəyişdirən beş ayrı prezident bəyanatını imzaladığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Tramp Kanadadan idxal edilən müəyyən məhsullara tətbiq olunan gömrük rüsumlarının əhatə dairəsinə aydınlıq gətirmək məqsədilə 1930-cu il tarixli Tarif Qanununun 338-ci maddəsinə əsaslanan yeni bəyanat imzalayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
