“Meta” şikayətlərdən sonra yeni kommersiya şərtlərinin tətbiqini təxirə salıb | Banco.az

“Meta” şikayətlərdən sonra yeni kommersiya şərtlərinin tətbiqini təxirə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şikayətlərdən sonra yeni kommersiya şərtlərinin tətbiqini təxirə salıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Meta” naşirlərin və rəqəmsal reklamverənlərin narahatlıqlarını aradan qaldırmaq məqsədilə yenilədiyi kommersiya şərtlərinin qüvvəyə minmə tarixini oktyabrın 30-dan noyabrın 20-dək təxirə saldığını açıqlayıb.

Şirkətin cümə günü elan etdiyi qərarın mümkün tənzimləyici müdaxilələrin qarşısını ala biləcəyi ehtimal olunur.

“Meta”nın bu addımı naşirlərin və rəqəmsal reklamverənlərin yeni kommersiya şərtləri ilə bağlı Avropa İttifaqının (Aİ) və Böyük Britaniyanın rəqabət qurumlarına şikayətlərindən sonra atılıb.

Şikayətçi naşirlər və rəqəmsal reklamverənlər iddia ediblər ki, yeni kommersiya şərtləri “Meta”ya onlara məxsus məzmunlardan süni intellekt xidmətlərində heç bir məhdudiyyət olmadan istifadə etmək hüququ verəcək. “Meta” isə bu iddiaları rədd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram