Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp Amerikalıların şəxsi məlumatlarının toplanması ilə milli təhlükəsizliyə qarşı təhdid yaratmasını əsas götürərək ABŞ vətəndaşlarının və ya ölkədə fəaliyyət göstərən müəssisələrin Çinin TikTok və WeChat tətbiqləri əməkdaşlıq etməsini qadağan edən iki qətnamə imzalayıb.
Hər iki tətbiq üçün ayrılıqda nəzərdə tutulan qətnamələrdə Çinli şirkətlər tərəfindən yaradılan mobil tətbiqlərin ABŞ-da yayılmasının ölkənin milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etməyə davam etdiyi vurğulanıb.
Sözügedən qətnamələrin 45 gün sonra qanuni qüvvəyə minəcəyi bildirilib.
Xatırladaq ki, prezident Donald Tramp 3 avqust tarixində Ağ Evdəki mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında TikTok platformasının ABŞ qolunun 15 sentyabr tarixinədək hər hansı Amerikalı şirkətə satılmadığı təqdirdə sözügedən tətbiqin ölkədə istifadəsinin qadağan ediləcəyini bildirmişdi.
Həmçinin oxu: Microsoft TikTok-u satın almağa hazırlaşır
Bizi sosial şəbəkələrdən izləyin!!