Ağıllı market arabası dizayn edildi | Banco.az

Ağıllı market arabası dizayn edildi

Tamara Mustafayeva, Banco.az

E-ticarət nəhəngi Amazon şirkəti müştərilərin piştaxtalardan nə aldığını izləyən və kassirə ehtiyac duymadan avtomatik ödəmə prosesini icra edən "Dash Carts" adlı ağıllı market arabası dizayn edib.

Şirkət tərəfindən hazırlanan mexanizm vasitəsilə alış-veriş arabası quraşdırılmış kamera və sensor sayəsində müştərilərin səbətə nə qoyduğunu avtomatik olaraq qeyd edir və ödəniləcək məbləği Amazon hesabında göstərir. Amazon hesabı və smartfonu olan bütün müştərilər bu arabalardan istifadə edə bilirlər.

Sözügedən arabadan istifadə etmək üçün isə müştərilər cihazın üzərindəki QR Kod vasitəsilə Amazon tətbiqinə daxil olmalıdırlar. Daha sonra market arabası "Alexa" ilə sinxronlaşdırılır. 

Xatırladaq ki, Amazon şirkətinin kassirsiz fəaliyyət göstərən supermarketi də mövcuddur. Yeni alış-veriş arabalarının isə ilk dəfə Los-Ancelesdə bu ilin sonunda şirkətin açacağı yeni marketdə istifadəyə veriləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Amazon növbəti mağazası ilə pərakəndə sektorunda yeni tendensiya başladır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et