Amazon növbəti mağazası ilə pərakəndə sektorunda yeni tendensiya başladır | Banco.az

Amazon növbəti mağazası ilə pərakəndə sektorunda yeni tendensiya başladır

E-ticarət nəhəngi “Amazon” etdiyi bir açıqlamada növbəti mağazasını yeni bir konsepsiyada açacağını elan edib. “Amazon 4 – star” adı ilə açılacaq yeni mağaza, Amazon – un saytında satılan trend olan və ən yüksək xal qazanmış məhsulların satışını həyata keçirəcək. Eyni zamanda saytda ən yüksək xal qazanmış satıcıların da məhsulları mağazada satılacaq.

Həmçinin oxu: Amazon ikinci kassasız supermarketini açmağa hazırlaşır

Amazon şirkəti gəlir artımını davam etdirmək üçün fiziki mağazaları açar hesab edir. Şirkət, bu il ABŞ – da onlayn satışların 49.1% - nə sahib olacaq, ancaq bu göstərici bütün pərakəndə ekosisteminin sadəcə 4.9 % - ni təşkil edir. Bu səbəbdən də şirkət onlayn kanallarla yanaşı ənənəvi mağazalara da inteqrasiya etməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Həftənin 7 günü xidmət göstərəcək olan mağazanın ilk destinasiyası Nyu Yorkda yerləşən məşhur SoHo bölgəsi olacaq. “Amazon 4 – Star” – da cihazlar, mətbəx əşyaları, oyuncaqlar, kitablar və oyunlar yer alacaq. Bütün məhsullar saytda istifadəçilərin 4 ulduz və daha çox xal verdikləri, çox satılan və ya trend olmuş məhsullar olacaq.

Həmçinin oxu: “Amazon” ən böyük təslimatını necə etdi? 

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et