Azərbaycanın sığorta sektorunun artımı tənzimlənən tariflərdən asılıdır | Banco.az

Azərbaycanın sığorta sektorunun artımı tənzimlənən tariflərdən asılıdır

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun artımının hökumət tərəfindən tənzimlənən tariflərdən asılı olduğunu bildirib.

Həyat sığortası ölkənin sığorta sektorunun kiçik bir hissəsini təşkil edir və iqtisadiyyata girişi ("insurance penetration rate") orta səviyyədə olması səbəbindən ortamüddətli böyümə potensialına malikdir.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 15,8% artaraq 26 992,5 min manat, ödənişlər isə 15,6% azalaraq 811,8 min manat təşkil edib.

Agentliyin məlumatında deyilir ki, Azərbaycanın sığorta sektorunun konsentrasiyası yüksək səviyyədədir və bu, sektorda az şirkətin olmasından və bir neçə şirkətin böyük bazar payına sahib olmasıdır. "Fitch" sektorda artan konsentrasiyanın və seqmentlərin daralmasının kiçik sığorta şirkətlərinin iş imkanlarının azalmasına və bazara girişinin məhdudlaşacağına gətirib çıxaracağını gözləyir.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 355 907 min manat həcmində sığorta haqqı yığılıb və 136 799 min manat həcmində ödəniş həyata keçirilib. Beləliklə, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 11,5%, ödənişlərdə isə 45,9% artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram