Müəllif: Gülnar Əhmədli, Banco.az
Azər Türk Bank-ın depozit portfeli 30 sentyabr 2026-ci il tarixinə 1 milyard 668 milyon 241 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 480 milyon 304 min manat və ya 40,4% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 344 milyon 757 min manat, hüquqi şəxslərin depozitləri isə 1 milyard 323 milyon 484 min manat təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 141 milyon 249 min manat (69,4%), hüquqi şəxslərin depozitləri isə 339 milyon 56 min manat (34,4%) artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
