Koronavirusun sürətlə yayıldığı ölkələrdə karantin rejiminin nəticələri - STATİSTİKA | Banco.az

Koronavirusun sürətlə yayıldığı ölkələrdə karantin rejiminin nəticələri - STATİSTİKA

Koronavirus pandemiyasının yayılmaması üçün tətbiq edilən karantin rejimi öz nəticələrini verir.

Belə ki, 4 ölkənin koronavirusla bağlı elan etdiyi karantindəndən sonra ortaya çıxan nəticələr araşdırılıb.

Araşdırmaya görə, karantin elan edilən Çin, İtaliya, İspaniya və Fransada 20 günlük karantindən sonra koronavirusa yoluxanların sayı azalmağa başlayıb. Qeyd edilən 4 ölkə arasında yalnız Çində karantindən sonra da artım qeydə alınıb. Bu aşağıdakı qrafikdəndə də məlum olur.

Ən sərfəli kredit üçün müraciət et

Bu o deməkdir ki, karantin rejimi tətbiq olunmasaydı, sözgüdən ölkələrdə koronavirus daha da sürətlə yayılacaqdı. Həmçinin qrafikə nəzər salsaq görərik ki, Çin, İtaliya, İspaniya və Fransada yoluxma pik həddə çatır və yalnız tədbirlərdən sonra epidemiya səngiməyə başlayır.

Çin hökuməti fevral ayının sonunda yoluxanların azalacağını və martın sonunda məsələni tam nəzarətə alacağını qeyd etmişdi. Həmçinin İtaliya rəsmiləri də ötən həftəsonu yoluxanların pikə çatacağını və daha sonra azalmaların olacağını bildirmişdi. Hər iki ölkənin proqnozu özünü doğruldub.

mediapost.az