Müəllif: Tamara Mustafayeva, Banco.az
İran Futbol Federasiyasının vitse-prezidenti 2026-cı il Dünya Kubokunda iştirak edəcəklərini bildirib və ev sahibi ölkə ilə bağlı qərarın FİFA tərəfindən veriləcəyini əlavə edib.
Banco.az xəbər verir ki, İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi bildirib ki, onlar FİFA-nın qaydalarına əməl edəcəklər və hansı ölkə seçilərsə, Dünya Çempionatında orada iştirak edəcəklər.
Nəbi İran milli komandasının Kosta-Rika ilə keçirəcəyi yoldaşlıq oyunu üçün səfərdə olduğu Antalyada jurnalistlərə açıqlama verib.
Yoldaşlıq oyunları üçün göstərilən ev sahibliyinə görə Türkiyə Futbol Federasiyasına təşəkkür edən Nəbi, FİFA prezidenti Canni İnfantinonun Antalyada onları ziyarət etməsindən və göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edib.
İnfantinonun İran milli komandasını görmək istədiyini qeyd edən Nəbi bildirib ki, FIFA prezidenti Antalyada oyun öncəsi futbolçularla görüşüb və bu, komanda üçün motivasiya mənbəyi olub.
İran milli komandasının 2026-cı il FİFA Dünya Çempionatında iştirakına heç bir maneə olmadığını vurğulayan Nəbi deyib: “Dünya Çempionatında çıxış edəcəyik. Biz FİFA qaydalarına əməl edirik. FİFA hansı ölkəni müəyyənləşdirərsə — ABŞ, Meksika və ya Kanada — biz həmin ölkədə Dünya Çempionatında oynayacağıq.”
Bizi sosial şəbəkələrdən izləyin!!
