Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat, qeyri neft-qaz sektorunda 1050,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 787,9 manat), maliyyə-sığorta (2 872,6 manat), informasiya və rabitə sahəsindədir (1 929,9 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (687,8 manat) sahəsindədir.
Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 410,1 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 290,9 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!
