2025-ci ildə Qazaxıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 25,884 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 12,2% çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Qazaxıstanın payı 2,2% təşkil edib.
Həmçinin 2025-ci ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,516 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,064 milyon ABŞ dolları və ya 12,4% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Qazaxıstanın payı 1,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,580 milyon ABŞ dolları, əks istiqamətdə isə 23,070 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.
